Müğənni Xatun Əliyeva sosial şəbəkədə açıq-saçıq şəkillərini paylaşan məşhurları tənqid edib.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Səmimi” verilişində danışıb:
“Müğənnilər var, çılpaq şəklini sosial şəbəkədə paylaşır, sonra da başlayır qeyrətdən danışmağa. Bu müğənnilər danışanda deyirlər: "Mənim heç bir kişi ilə münasibətim yoxdur". Etiraf etməsələr də, görkəmlərindən hər şey aydın görünür.
El arasında belə bir kəlmə var: "Allahı elə sev ki, sənə baxanda Allahı xatırlasınlar". Onsuz da sən nə atandan, nə də anandan qorxursan. Bir sözlə, heç kimdən qorxun yoxdur. Kef edirsən. Eləsi var, uşağına baxır, eləsi də var, aparıb uşaq evinə qoyur".